Qəzzadakı Fələstin Balıqçılar Birliyinin başçısı Nizar Ayaş, bildirib ki, İsrail silahlı qüvvələri dənizdə balıq tutan fələstinli balıqçılara atəş açıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir balıqçının ayağından yaralandığını və Qəzzanın şimalındakı bir xəstəxanaya aparıldığını ifadə edən Ayaş, balıqçının sağlamlıq vəziyyəti haqqında məlumat verməyib.