"Real həllər çıxarmalıdır"

2 Sentyabr 2021 17:38 (UTC+04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Kabil Hava Limanının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sualı cavablandırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çavuşoğlu bu barədə deyib: "Taliban və digər ölkələrdən bizimlə əməkdaşlıq etmək istəyi var". Çavuşoğlu, Əfqanıstan mühacir problemindən sonra immiqrant müqaviləsinin yenilənməsi mövzusundakı suala da çox açıq bir cavab verib. Çavuşoğlu, bu barədə deyib: "AB pul verərik həll olar, anlayışdan əl çəkməli, bu məsələ həll olunmalı və real həllər çıxarmalıdır"