Növbəti tədris ilindən "Zəfər tarixi" kursu tədris olunacaq

2 Sentyabr 2021 16:59 (UTC+04:00)

2021-2022-ci tədris ilindən bütün ümumi təhsil müəssisələrinin IX siniflərində "Zəfər tarixi" kursunun tədrisinə başlanılacaq.

SİA xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, "Zəfər tarixi" kursu tədris dilindən asılı olmayaraq, bütün IX siniflərdə dövlət dilində - Azərbaycan dilində 1 saat tədris olunacaq.