Azərbaycan XİN İrana başsağlığı verib

2 Sentyabr 2021 16:43 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.

SİA xəbər verir ki, bu barədə XİN-in "Twitter" səhifəsində qeyd edilib.

Paylaşımda bildirilib: “İranın Kürdüstan bölgəsində baş vermiş avtobus qəzası xəbərindən kədərləndik. Ölənlərin ailələrinə başsağlığı, yaralılara tezliklə sağalmalarını diləyirik".