Hava hədəflərinə artilleriya atışları yerinə yetirilib - FOTO-VİDEO

2 Sentyabr 2021 16:15 (UTC+04:00)

“Dəniz kuboku" müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi gəmilərinin ekipajları hava hədəflərinə artilleriya atışları yerinə yetiriblər. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu mərhələdə komandalara şərti düşmənin təyyarəsi gəmiyə aviasiya bombası atdıqdan sonra həmin hava hədəfinin artilleriya atəşləri ilə məhv edilməsi tapşırılıb.
Hərbi dənizçilər tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiribər.