Liderlər görüşür?

2 Sentyabr 2021 15:55 (UTC+04:00)

Ukrayna Baş nazirinin birinci müavini Lyubçenko, Rusiya lideri Vladimir Putinlə ukraynalı həmkarı Zelenski arasında Zirvə görüşü üçün hazırlıq işlərinin ən yüksək səviyyədə aparıldığını bildirib. SİA rus mətbuatına istinadən xəbər verir ki, liderlerin hansı ölkədə görüşəcəyi hələlik məlum deyil.

Sammitin Moskvada keçirilməsinin mümkünlüyü ilə bağlı suala Lyubçenko "yox" cavabını verib.
Görüşün tarixi ilə bağlı suala cavab verməyən Lyubçenko, zirvənin keçirilmə yerini Krım olaraq göstərdi.
Ukrayna prezidenti Zelenskinin mətbuat katibi Sergey Nikiforov daha əvvəl Putinlə görüşməyə hər zaman hazır olduğunu bildirmişdi.

Xatırladaq ki, həm Moskva, həm də Kiyev son aylarda Putinlə Zelenski arasında danışıqlar aparmaq üçün səy göstərildiyini bir neçə dəfə açıqlayıb.

Kremlin sözçüsü Dmitriy Peskov Putin və Zelenski ilə görüşə hazırlıq işində irəliləyiş olmadığını bildirib.