Qazaxda yol qəzası: ölənlər var - VİDEO

2 Sentyabr 2021 14:52 (UTC+04:00)

Qazaxda ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Ülkməzli kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı sürücü 1983-cü il təvəllüdlü Osmanov Eldar Cəbrayıl oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.