ABŞ müttəfiqlərini Kremldən uzaq durmağa çağırıb

2 Sentyabr 2021 12:49 (UTC+04:00)

ABŞ Dövlət Departamenti, Rusiya ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq müqaviləsinin ardından müttəfiqlərini Moskva ilə irimiqyaslı müdafiə müqavilələri imzamalamaqdan çəkinməyə çağırıb.

SİA bu barədə “RİA Novosti”nin Amerika departamentinin nümayəndəsinin məlumatına istinad edir.

"Bütün tərəfdaş və müttəfiqlərimizi Rusiya müdafiə sektoru ilə yeni böyük razılaşmalardan çəkinməyə çağırırıq”. Fikiri ABŞ Dövlət Departamentinin sözçüsü səsləndirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanını Vaşinqtonla təhlükəsizlik məsələlərində sıx əməkdaşlıq etməyə davam etdirməyə çağırıb.

Xatırladaq ki, Rusiya ilə Səudiyyə Ərəbistanı arasında müqavilə avqustun 23-də imzalanıb. Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun iştirakı ilə sənədi Rusiya Müdafiə Nazirliyi Başçısının müavini Aleksander Fomin və Şahzadə Xalid ibn Salman Al Saud imzalayıblar.

Bundan əvvəl Rusiya hökuməti Rusiya Müdafiə Nazirliyinə Səudiyyə Ərəbistanı ilə iki ölkə arasında hərbi əməkdaşlıq haqqında müqavilə bağlamağı tapmışdı.

Ağasəf Babayev