"Ailə qurmaq üçün hələ tezdir"

2 Sentyabr 2021 11:28 (UTC+04:00)

Məşhur türk aktrisa Dilan Çiçek Deniz yazın əvvəlindən islandiyalı reklam direktoru Thor Saevarssonla eşq yaşayır. SİA xarici mətbuata istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə Bodrumda tətilə çıxan aktrisa bu günlərdə İstanbuldadır.

Yeni bir layihə üçün danışıqlar aparan Dilan "Evlilik varmı?" sualına "Çox açıq və böyük danışmaq üçün hələ tezdir. Hər şey yaxşıdır, əhvalımız yaxşıdır, xoşbəxtik. Evlilik haqqında düşünsək, mütləq eşidəcəksiniz".

Ayşən Vəli