Ombudsman Aparatına yeni mətbuat katibi təyin olunub

2 Sentyabr 2021 10:16 (UTC+04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına yeni mətbuat katibi təyin edilib. SİA-ya bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Emil Şahzadə Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə təyin olunub.

O, uzun illər televiziya və radio jurnalistikası sahəsində fəaliyyət göstərib.