Əfqanıstanda qida və dərman çatışmazlığı yaşanır

2 Sentyabr 2021 07:34 (UTC+04:00)

BMT-nin əfqanlara humanitar yardım koordinatoru Ramiz Ələkbərov ölkədə ərzaq və dərman çatışmazlığından danışıb. Onun sözlərinə görə, Əfqanıstan humanitar fəlakətin astanasındadır. BMT və tərəfdaşları yaranmış vəziyyətin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə davam etsələr də, amma güclü beynəlxalq dəstək olmadan bunu həyata keçirmək olduqca çətindir.

Ələkbərov ölkədə kəskin qida çatışmazlığı olduğunu bildirib. Onun sözlərinə görə, əksər əfqanlar sabah durub nə yeyəcəklərini, uşaqlarına nə yedirəcəklərini bilmirlər.

Onun sözlərinə görə, bundan əlavə, Əfqanıstanın dərmanlara ehtiyacı var.

BMT nümayəndəsinin sözlərinə görə, Əfqanıstanın paytaxtı Kabildə hava limanı bağlansa da, amma təşkilat və tərəfdaşları humanitar yardım çatdırmağın başqa yollarını tapıblar. Belə ki, ölkəyə gətirilən yüklər Pakistandan avtomobil yolu ilə çatdırılır. Belə ki, bu yaxınlarda 37,5 ton dərmanı olan ilk təyyarə Əfqanıstanın dördüncü böyük şəhəri olan Məzari-Şərifə gəlib.

“...Gətirilənlər 200 min nəfər üçün nəzərdə tutulub və 20 xəstəxanaya çatdırılacaq. Ölkəyə 600 ton ərzaq gətirilib ki, bunun da yarısı yaxınlarda tükənəcək. Hazırda əlacsız qalan ölkədəki azyaşlı uşaqlar da çox əziyyət çəkirlər” -deyə Ələkbərov bildirib.

Ağasəf Babayev