Maska taxmayan poliklinika işçisi işdən çıxarıldı

1 Sentyabr 2021 18:44 (UTC+04:00)

Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçı işdən azad olunub. SİA xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçılarla vətəndaşlar arasında mübahisənin əks olunduğu görüntülər yayımlanmışdı. İlkin məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində protokollar tərtib olunaraq cərimə olunublar.