"Gənc Müsəlman Qadınlar" məktəbinə basqın

1 Sentyabr 2021 17:37 (UTC+04:00)

İsrail silahlı qüvvələri işğal olunmuş Qüdsün Vadi əl-Coz rayonundakı "Gənc Müsəlman Qadınlar" məktəbinə basqın edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qüdsdəki təhsil ofisinin ictimaiyyətlə əlaqələr direktoru Rania Asila verdiyi açıqlamada, İsrail silahlı qüvvələrinin məktəb direktoru İkram Əl-Vahidi və məktəbin tələbə fəaliyyətləri üzrə əməkdaşı Rana Obeidatı saxladığını deyib. İsrail silahlı qüvvələrinin basqın zamanı bəzi faylları və kompüterləri ələ keçirdiyini qeyd edən Asila, Vəhidi və Obeidatın saxlanılmasının səbəbinin hələ bilinmədiyini bildirib.