"Quruculuq işləri sayəsində Qarabağımız əvvəlkindən də daha gözəl libas geyinəcək." DEPUTAT ŞƏRH ETDİ

1 Sentyabr 2021 17:05 (UTC+04:00)

"10 noyabr bəyanaməsinin imzalandığı gündən etibarən Qarabağa qayıdış çərçivəsində çox böyük və möhtəşəm layihələr həyata keçirilir". Bunu SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Deputat bildirib ki, ilk növbədə Qarabağa bölgəsinin yol infrastruktrunun yenidən qurulması işlərinə başlandı: "İlk görülən işlər yolların çəkilməsi ilə bağlı oldu. Daha sonra mədəniyyət abidələrinin yenidən bərpası işlərinə başlandı. Molla Pənah Vaqifin məqbərəsinin açılması ilə bağlı möhtəşəm tədbir oldu. Tədbirə qələbəyə aparan Zəfər Yolu ilə getdik. Bu möhtəşəm yol üçün böyük quruculuq işləri həyata keçirilir və enerji məsələləri həllini tapıb. Bu ərazilər də izibati binalar tikilir, mədəniyyət obyektləri təmir olunur, tarixi abidələr bərpa edilir, otel kompleksleri tikilir, ən əsası vətəndaşımız yavaş-yavaş öz yuvasına- yurduna qayıdır. Əslən Şuşalı olan insanlarla görüşümüz zamanı məlum oldu ki, evini torpağını 30 il əvvəl məcburiyyət qarşısında qalaraq tərk edən və yurduna qayıdan insanların üzündə xoşbəxtlik hiss olunur. Bu insanların üzündə xoşbəxtlik, sevinc və səadət hiss olunur. Bu çox qürur verici haldır. Azərbaycanın gücünü və imkanlarını ortaya qoyan amillərdir".

Lalə Əliyeva sözlərinə əlavə edərək qeyd edib ki, Bu gün biz Qarabağa və işğaldan azad olunmuş bölgələrə qayıdırıq: "Ölkə prezidentinin dediyi kimi biz işğaldan azad edilmiş bölgələrimizə sürətlə və quraraq qayıdırıq. Əminik ki, bölgələrdə həyata keçirilən dövlət səviyyəli quruculuq işləri sayəsində Qarabağımız əvvəlkindən də daha gözəl bir libas geyinəcək. Əvvəlkindən də daha sərvətli məkana çevriləcək. Orada məktəblərin tikilməsi nəzərdə tutulur. Təhsil müəssisələrinin və elm məbədlərinin, mədəniyyət obyektlərinin tikilməsi nəzərdə tutulur. Qarabağda görüləcək çox böyük layihələr var. Üç gün bundan öncə Cənab Prezidentin Şuşaya səfəri çərçivəsində Şuşada obyektlərin açılması və bir sıra obyektlərin təməlqoyma mərasimi keçirildi. Biz Qarabağımızı öz simasına qaytarırıq. Azərbaycanda dövlət, xalq və ordunun birliyi və həmrəyliyi sayəsində əldə etdiyimiz zəfər bundan sonrakı inkişafımızda əhəmiyyətli bir amil olacaqdır".