Falkao "Qalatasaray"dan göndərildi

1 Sentyabr 2021 15:38 (UTC+04:00)

“Qalatasaray” klubu hücumçusu Radamel Falkao ilə yollarını ayırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, kolumbiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Radamel Falkao 2019-cu ilin sentyabrından “Qalatasaray”da çıxış edib. Oyunçu klubun heyətində meydana çıxdığı 43 oyunda 20 qola imza atıb.

35 yaşlı hücumçu İspaniyanın “Rayo Valyekano” klubu ilə razılaşıb. Əvvələrdə İspaniyanın "Atletiko Madrid" komandasında çıxış edən futbolçu Portuqaliyanın "Portu" Fransanın "Monako" klublarınında şərəfini qoruyub.