Amerikalı reper Kanye Westin albomu "Donda" şənbə günü çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, albom, Spotify -da ilk günündə 95,1 milyon dəfə yayımlanıb və bütün zamanların ən yaxşı açılış sayına görə ikinci olub. Rekord - 132 milyon axını olan Kanye Westin ən böyük rəqibi olan Drakein "Scorpion" albomundadır.
Kanye West ilə boşanma prosesində olduğu iddia edilən Kim Kardaşyan, repçinin reklamını “İnstaqram”da yayımlamaq üçün yeni albomun mahnılarını dinləyərkən çəkdiyi ekran görüntülərini paylaşıb. Ancaq izləyiciləri Kim Kardaşyanın musiqini tamamilə geri çevirdiyini görüblər.
Ayşən Vəli