Rusiya Xəzərdə 3 ölkə ilə birgə təlim keçirəcək

1 Sentyabr 2021 12:44 (UTC+04:00)

Rusiya, İran, Qazaxıstan və Azərbaycan hərbi dəniz donanmalarında olan artilleriya gəmilərinin Xəzər dənizində birgə təlimlər keçirəcəyi bildirilib. SİA xəbər verir ki, Rusiyanın Xəzər Dəniz Donanması komandirinin müavini Sergey Ekimov bildirib ki, Rusiya donanması gəmiləri tezliklə Xəzər dənizində İran, Qazaxıstan və Azərbaycan donanmaları ilə birgə təlim keçirəcək.
Təlimlərin bir neçə gün davam edəcəyini qeyd edən Ekimov, Rusiya donanmasının raket və artilleriya gəmilərinin təlimlərə qatılacağını bildirib.
Ekimov təlimlərin məqsədini dörd ölkənin donanmaları arasında "koordinasiya üzərində işləmək" olaraq izah etdi.
Rusiyanın Xəzər Donanmasının gəmiləri hazırda İranda keçirilən "Dəniz Kuboku Ordu Oyunları" na qatılır.

Qeyd olunub ki, birgə təlimlər sözügedən yarış başa çatdıqdan sonra başlayacaq.