19 yaşlı qız öldü

31 Avqust 2021 20:34 (UTC+04:00)

Dünən Türkiyədə Denizköşkler Sahilində yerləşən Lunaparkda hadisə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı Zeynəb Günay ailəsi ilə birlikdə getdiyi əyləncə parkında oyuncağa minib. Oyuncağın sürətlənməsi ilə halı pisləşən gənc qız aşağı düşmək istəyib. Qızlarının getdikcə halının pisləşdiyini görən ailə, oyuncağı dayandırmağı tələb etsə də, səlahiyyətlilər buna əhəmiyyət verməyib. Uzun səylər nəticəsində dayandırılan oyuncaqdan düşən gənc qız xəstələnib. Ailə işçilərdən təcili yardım çağırmasını istəyib. Təcili yardım gözləyərkən gənc qızın vəziyyəti pisləşib. Qız ölüb. Şahidlərin sözlərinə görə, bu zaman işçilər iki şillə vurun ayılar deyib.