Ronaldo "Mançester Yunayted"lə müqavilə imzalayıb

31 Avqust 2021 15:44 (UTC+04:00)

“Yuventus”dan ayrılan portuqaliyalı hücumçu Kristiano Ronaldo “Mançester Yunayted”lə rəsmi müqavilə imzalayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 36 yaşlı futbolçu “qırmızı şeytanlar”la 2+1 illik sözləşmə imzalayıb. “Yuventus” isə Ronaldo ilə bağlı vida mesajı yayımlayıb. Turin təmsilçisi “tvitter” hesabı vasitəsilə 36 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edib. Ronaldo 2018-ci ildən “Yuventus”da çıxış edirdi. Portuqaliyalı hücumçu Turin təmsilçisində 133 oyunda 101 qol vurub. “Yuventus” Ronaldonun “Mançester Yunayted”ə keçidinin detallarını açıqlayıb. “Qırmızı şeytanlar” Ronaldo üçün “Yuventus”a 15 milyon avro transfer haqqı ödəyəcək. İtaliya klubu bonus olaraq daha 8 milyon avro qazana bilər.

Ziya Hikmətoğlu