İngilis klubundan daha bir transfer

31 Avqust 2021 14:44 (UTC+04:00)

“Vulverhempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Premyer Liqa təmsilçisi “Leyptsiq”dən Hi Çan Hvanı heyətinə qatıb.

25 yaşlı hücumçu 2021/2022 mövsümünü “Vulverhempton”da icarədə keçirəcək. Hvan Cənubi Koreya milli komandasının da üzvüdür.

Ziya Hikmətoğlu