Villian "Arsenal"dan ayrılıb

31 Avqust 2021 13:24 (UTC+04:00)

“Arsenal” klubu futbolçusu Villianla yollarını ayırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 33 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Villian Braziliyanın “Korintians” klubu ilə razılaşıb. 2020-ci ilin avqustundan “Arsenal”da çıxış edən braziliyalı futbolçu London təmsilçisi ilə 37 oyuna çıxıb.

Ziya Hikmətoğlu