Ulu öndərin Şuşa ilə bağlı sözləri birinci xanım Mehriban Əliyevanı kövrəltdi VİDEO

31 Avqust 2021 12:44 (UTC+04:00)

Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub.

SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.

Açılış mərasimində hazırlanmış xüsusi videoçarx təqdim olunub. Görüntülərdə ulu öndər Heydər Əliyevin Şuşa ilə bağlı sözləri birinci xanım Mehriban Əliyevanı və digər tədbir iştirakçılarını kövrəldib.

Həmin görüntüləri təqdim edirik.