Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər artıb

31 Avqust 2021 10:39 (UTC+04:00)

2021-ci ilin ilk 7 ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 71,4 mln. manat vəsait ödənilib.

Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata görə, bununla da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 mln. manat və ya 24,2% daha çox vəsait xərclənib.

Bura hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, üç yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar və dəfn üçün nəzərdə tutulan müavinətlər daxildir.