Müğənni Doğuş hazırda ailəsi ilə birlikdə Antalyada istirahət edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, Antalyada gəmi turuna çıxarkən ölümdən dönüb.
O üzmək üçün suya düşüb. Doğuşun çox uzun müddət su altında qaldığını anlayan kapitan dənizə atılıb və məşhur müğənnini gəmiyə aparıb.
Nəzarət üçün xəstəxanaya aparılan məşhur müğənninin kapitanın erkən müdaxiləsi nəticəsində sağlamlığında ciddi problem yaşamadığı öyrənilib.
Doğuşun həkimi ifadəsində "1dəqiqə daha geciksəydi, fiziki zədələnmə və ya hətta ölümlə nəticələnə bilərdi" ifadəsini işlədib.
Ayşən Vəli