1.66 milyon hektar ərazinin yandığı açıqlanıb

30 Avqust 2021 17:42 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınlarında nadir hallarda baş verən "Alov Xortumu" görülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kaliforniya Xilasetmə Xidmətinin paylaşdığı görüntülərdə, güclü külək səbəbilə açıq sahədə Alov Tornadosu meydana gəlib. Səlahiyyətlilər bu il meşə yanğınlarında 1.66 milyon hektar ərazinin yandığını açıqlayıb.