Məşhur aktyor sağlamlığına qovuşdu
30 Avqust 2021 11:24 (UTC+04:00)
57 yaşlı usta aktyor Mesut Akusta Çankayadakı evində beyin qanaması keçirdi və təcili olaraq xəstəxanaya yerləşdirildi. SİA xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat olunan Akusta qısa müddətdə sağlamlığına qovuşdu.
"Teşkilat" serialında baş rolu canlandıran Akusta bir həftə istirahət etdikdən sonra yenidən çəkiliş meydançasına dönəcək.
Ayşən Vəli