Medina İtalyan klubunda?

30 Avqust 2021 10:25 (UTC+04:00)

Təcrübəli müdafiəçi Kevin Medinaya İtaliyadan təklif var. "Qarabağ" klubunun 28 yaşlı müdafiəçi ilə İtaliyanın “Salernitana” klubu maraqlanır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, A Seriyası təmsilçisinin Medinanı heyətinə qatmaq istədiyi bildirilib. Medina 2020-ci ilin yayından “Qarabağ”da çıxış edir. Kolumbiyalı müdafiəçinin klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir. Danışıqların davam etdiyi bildirilib. Transferin yaxın günlərdə açıqlanacağı gözlənilir.