Şuşada Vaqif Poeziya Günləri başlayır

30 Avqust 2021 09:21 (UTC+04:00)

Bu gün Şuşada Vaqif Poeziya Günlərinin açılışı olacaq. SİA-nın məlumatına görə, Heydər Əliyev Fondunun təşklatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra dogma şəhərində ilk dəfədir təşkil olunur.

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə keçiriləcək tədbir iki gün davam edəcək.

Poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium, sərgilərin açılışı olacaq.