Bayden görüşdə yatdı

29 Avqust 2021 20:35 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden, Ağ Evdə İsrail Baş naziri Naftali Bennett ilə görüş keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, mətbuata açıq olan görüşdə Co Bayden yuxuya gedib. ABŞ prezidentinin mətbuat konfransı zamanı yuxuya getməsi dünya mətbuatının gündəminə çevrilib. İsrail Baş naziri Naftali Bennett isə bunu görməsinə baxmayaraq sözlərinə davam edib.