Aktrisa Merve Dizdar, Ezgi Mola və Birkan Sokullunun rol aldığı "Masumlar Apartmanı" serialının oyunçu heyətinə yeni bir ad əlavə edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İnci obrazını canlandıran Farah Zeynep Abdullahdan sonra seriala kimlərin çəkiləcəyi maraqla gözlənilirdi. Melisa Şenols, serialın yeni aktrisasıdır.
Ssenari Gülseren Budayioğlunun kitabına və real həyat hekayələrinə əsaslanan serial, psixoloji problemlərlə mübarizə aparan bir ailənin yaşadığı çətinlikləri, ailə olmağın təmin etdiyi həmrəyliyi və bu çətinliklərin öhdəsindən gəlmək üçün göstərdiyi səyləri əks etdirir.
Ayşən Vəli