“Paşalar kimi yatdım”

28 Avqust 2021 15:24 (UTC+04:00)

Məşhur model Deniz Akkaya, Selin Ciğercinin verdiyi 3 aylıq əmri yerinə yetirmədiyi üçün 3 gün məcburi həbs cəzasına məhkum edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, cəzasını çəkən Akkaya sərbəst buraxılıb. Cigerci, Akkayanı təhqir etməyə davam etdiyi səbəbi ilə mənəvi ziyana görə 100 min lirə təzminat iddiası açıb.

Selin Çiğerci surroqat ana üsulu ilə uşaq sahibi olmaq istədiyini bildirəndə Akkaya sərt sözlərlə reaksiya verib və tərəflər arasında başlayan polemika sonradan məhkəməyə qədər gətirilib.

Cigerci Akkayaya qarşı üç aylıq tədbir qərarı alıb. Ancaq məşhur model bu prosesdə izahatlarını davam etdirdikdə üç gün məcburi həbs cəzasına məhkum edilib.

"Paşalar kimi yatdım”

Üç gün tək nəfərlik həbsdə olan Akkaya, "Üzr istəyirəm, qoxuyuramsa, üç gündür duş almamağımdandır. İlk işim qızımı görmək və duş qəbul etmək olacaq. Paşalar kimi yatdım" dedi.

100 min TL-lik məhkəmə

Akkayanın həbsdən çıxdığı gün başqa bir hərəkət Çiğercidən gəldi. Ciğerci, vəkili Şeyda Yıldırım vasitəsi ilə Beykoz Mülki Asliye Məhkəməsində Akkayaya qarşı 100 min lirəlik mənəvi ziyan iddiası açdı.

Ərizədə Akkayanın uzun müddət kin, nifrət və qəzəblə Çiğerciyə hücum etdiyi, ağır təhqir və böhtanlar səsləndirdiyi bildirilib.

Ayşən Vəli