Məşhur türk serialı “Aşk-ı Memnu”nun Beşirini görənlər gözlərinə inanmadılar. SİA xarici mətbuata istinadən xəbər verir ki, serialın ən yaddaqalan personajlarından Beşir obrazını canlandıran Baran Akbulut uzun müddətdir ekranda görünmür. Yəni, son aylarda sosial media hesabında paylaşdığı şəkillərə qədər.
Yeni obrazı ilə tamamilə fərqli bir insana çevrilən bacarıqlı aktyoru görənlər heyrətlərini gizlədə bilməyiblər. "Aşk-ı Memnu"da oynadığı Beşir obrazı ilə fərqi də gözə çarpıb.
"Aşk-ı Memnu"-dan sonra aktyor Baran Akbulut “Kuzgun”, “Yeddi Gözəl Kişi və Sevgi Səyahəti Yunus Emre” kimi məşhur seriallarda rol alıb.
Ayşən Vəli