Çavuşoğlu İraqda

28 Avqust 2021 14:33 (UTC+04:00)

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi Türkiyə nümayəndə heyəti Bağdada gedib. SİA xarici mətbuata istinadən xəbər verir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu, "Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransı"na qatılmaq üçün İraqa gedib.