Qadın işçilər qayıtsın

28 Avqust 2021 13:55 (UTC+04:00)

Taliban sözçüsü Zabihullah Mücahid "Tvitter" səhifəsində Səhiyyə Nazirliyinin qadın tibb işçilərini vəzifələrini davam etdirməyə çağırdığını deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yeni rəhbərlikdə qadın tibb işçilərinin işlərinə davam etməsində heç bir problem olmadığını vurğulayan Mücahid deyib: "Səhiyyə Nazirliyi, vəzifələrini davam etdirmək üçün əyalətlərdə və paytaxtda çalışan bütün qadın işçiləri məlumatlandırıb".