Hadisənin dekolte pozası sosial medianı sarsıtdı

28 Avqust 2021 13:41 (UTC+04:00)

Müğənni Hadisə tabloid dünyasının ən məşhur adlarından biridir. SİA xarici mətbuata istinadən xəbər verir ki, aktyor Kaan Yıldırımdan ayrıldıqdan qısa müddət sonra iş adamı Mehmet Dinçerlerə aşiq olan Hadisənin şəxsi həyatı ilə bağlı məqamlar tez-tez xatırlanır.

Əl-ələ verərək münasibətini açıqlayan məşhur müğənni “İnstaqram” hesabından yeni bir paylaşım edib. O, çəhrayı-qara rəngli dekolteli paltarı ilə sosial medianı sarsıdıb. Hadisənin paylaşımı sosial medianı ikiyə bölüb. Onun iddialı seçimini bəziləri bəyənsə də, bəziləri paltarı bəyənməməklə reaksiya verib.

Ayşən Vəli