Bir illik fasilədən sonra...

28 Avqust 2021 12:47 (UTC+04:00)

Məşhur türk müğənni Sertab Erener, 1 illik fasilədən sonra Harbiye Cemil Topuzlu Açıq Hava Teatrı BtcTurk PRO səhnəsində pərəstişkarları ilə görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, pandemiya səbəbi ilə ara verdikləri musiqili filmi noyabr-dekabr aylarında yenidən başlayacaqlarını açıqlayıb.

Finalda "Everyway That I Can" mahnısını oxudu və "Eurovison həyatımın ən qeyri-adi dövrü idi. Bu barədə bir kitab yaza bilərdim" dedi.

Sertabı dinləyənlər arasında aktrisa Aybüke Pusat və Emre-Gizem Karayel kimi adlar da vardı.

Ayşən Vəli