Neşet Ertaşın həyatını böyük ekrana çıxaracaq "Garip Bülbül, Neşet Ertaş" filminin mətbuat konfransı Beykoz Kundura fabrikində təşkil edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, prodüser Mustafa Uslu bu barədə açıqlama verib.
O, “Prof. Erol Parlakın kitabından yola düşdük. Çəkilişlər yanvar ayında başlayacaq. Büdcəmiz təxminən 21 milyon TL-dir. Nala 25 Sentyabr 2022-ci ildə Neşet Ertaçın ölümünün 10-cu ildönümündə Kırşehir stadionunda keçirəcəyik. Qalada 2500 baglama ustası Neşet Ertaç xalq mahnılarını eyni vaxtda ifa edəcək”.
Rejissorluğunu Ömer Faruk Sorakın alacağı filmdə Neşet Ertaş, Bektaş Dolu və Ramazan Bağgül, Aşık Mahsuni Şerifi isə nəvəsi Yiğit Mahsuni canlandıracaq.
Ayşən Vəli