Kuba hökuməti ölkədə edilən ödənişlərdə kriptovalyutaları tanıyacağını və bu mövzuda lazımi qaydaları tətbiq edəcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kuba Mərkəzi Bankının bu cür valyutalar üçün tələb olunan qaydaları və əlaqədar xidmətlər göstərənlərə necə lisenziya verəcəyini təyin edəcəyi ictimaiyyətə bildirilib. Mərkəzi Bankın kriptovalyutaların "sosial -iqtisadi maraqlar üçün" istifadəsinə icazə verə biləcəyini bildirən qərarda, dövlətin əməliyyatlara nəzarət edilməsini təmin etməsi də qeyd edilib. Əməliyyatların qeyri -qanuni fəaliyyətlərlə əlaqəli ola bilməyəcəyi də vurğulanıb. ABŞ -ın keçmiş prezidenti Donald Trampın tətbiq etdiyi embarqo səbəbiylə dolların istifadəsi çətinləşdikcə, bu tip valyutanın populyarlığının ölkədə texnologiya ilə maraqlananlar arasında sürətlə artdığı bildirilir.