Bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilib

27 Avqust 2021 16:43 (UTC+04:00)

ABŞ Milli Qasırğa Mərkəzi, Nora qasırğasının Meksikanın qərb sahillərinə təsir edəcəyi və sabahdan etibarən ölkənin Puerto Vallarta bölgəsinə çatacağını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qasırğanın daşqınlara və torpaq sürüşmələrinə səbəb ola biləcəyi də xəbərdar edilib. Digər tərəfdən, Milli Qasırğa Mərkəzi, Kubada təsirli olan İda qasırğasının bu gündən etibarən Meksika Körfəzi üzərində güclənəcəyini gözlədiklərini açıqlayıb. Qasırğanın həftə sonu ABŞ-ın Luiziana əyalətinə çatacağı və əyalətin sahil zolağında güclü yağışlar yağacağı gözlənilir. Bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilib. Luizina əyalətinin qubernatoru Con Bel Edvards hər kəsdən şənbə axşamına qədər qasırğanın öhdəsindən gələ biləcəkləri bir yerə getmələrini istəyib.