"Xalqım üçün ən xoşbəxt günlərdən biridir"

27 Avqust 2021 16:24 (UTC+04:00)

Prezident Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya rəsmi səfər edib. Paytaxt Saraybosnada Başçarşı Məscidini açan Prezident Ərdoğanın ziyarəti ölkədə coşğu ilə qarşılanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, vətəndaşlardan biri Rabija Osmanaqic hislərini belə dilə gətirib: "Düşünürəm ki, bu gün həm özüm, həm də xalqım üçün ən xoşbəxt günlərdən biridir. Bosniya və Herseqovinanı bizi, böyük dostu kimi tanıyan Türkiyə Prezidenti Ərdoğan ziyarət edir". Prezident Ərdoğan rəsmi təmasları çərçivəsində Aliya İzzetbeqoviçin məzarını da ziyarət edib.