ABŞ-ın Utah əyalətində üzük şəklində uçan cisim görülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, şahidlər güya kosmik gəminin bir müddət yavaş-yavaş səyahət etdiyini, sonra sürətləndiyini və yoxa çıxdığını deyib. Məşhur sui-qəsd nəzəriyyəçisi Scott C. Waring, UFO-ların yeni olmadığını və son illərdə dəfələrlə görüldüyünü xalqa deyir.Onun sözlərinə görə, UFO 1957-ci ildə ABŞ Ordusundakı bir çavuş tərəfindən ictimaiyyət qarşısında çəkilib. Bu UFO öz ətrafında bir bulud meydana gətirib və sonra yox olub. ABŞ-ın Utah əyalətində çəkilmiş UFO görüntüləri sosial mediada gündəm olub. Adı açıqlanmayan UFO mütəxəssisi, yadplanetlilərin zaman-zaman insanlara cəsusluq etmək üçün pilotsuz təyyarələrə bənzər vasitələrdən istifadə etdiyini və görülən UFO-nun əslində belə bir vasitə ola biləcəyini iddia edir. O, ehtimallar arasında gizli bir hərbi maşının olduğunu da irəli sürüb. UFO mütəxəssisi verdiyi açıqlamada bunları deyib: "Ordunun gizli layihələr üzərində işlədiyini bilirik. Əslində, UFO olaraq gördüklərimiz bu cür vasitələr ola bilər. Ancaq düşünürəm ki, bu vasitələr hələ də ələ keçirilən yad texnologiyanın köməyi ilə inkişaf etdirilir" . Utahda çəkilən video sosial mediada böyük maraqla qarşılanıb. İstifadəçilər fərqli şərhlər yazıb. Bəziləri üzük şəkilli vasitənin UFO və ya hərbi vasitə ola biləcəyini düşünsə də, bəzi istifadəçilər bunun dron və ya heliumla dolu böyük bir balon olduğunu düşünür.