Ronaldo "Yuventus"la vidalaşıb

27 Avqust 2021 15:32 (UTC+04:00)

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo klubu tərk edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu İngiltərənin “Mançester Siti” klubu ilə danışıq aparır. Ronaldonun artıq “Yuventus”dakı komanda yoldaşları ilə vidalaşdığı bildirilib. Ronaldo 2018-ci ilin yayından “Yuventus”da çıxış edir.

Ziya Hikmətoğlu