Avroliqanın ən yaxşı oyunçusu seçilib

27 Avqust 2021 15:01 (UTC+04:00)

UEFA Avropa Liqasında 2020/2021 mövsümünün ən yaxşı futbolçusu açıqlanıb. SİA-nın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ada “Vilyarreal” klubunun hücumçusu Jerar Moreno layiq görülüb. Moreno ötən mövsüm Avropa Liqasında 12 oyunda 7 qol vurub. Avropa Liqasında 2020/2021 mövsümünün qalibi “Vilyarreal” olub.

Ziya Hikmətoğlu