Meşə yanğınlarının qarşısının alınması, yanğınla mübarizə üsullarının təkmilləşdirilməsi və bu sahədə koordinasiyanın gücləndirilməsi istiqamətində FHN-in Gəncə Regional Yanğından Mühafizə İdarəsi və Tovuz Regional Meşə Mühafizəsi Mərkəzi əməkdaşlarının iştirakı ilə təlimlər keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, təlim bu tip müəssisələrdə yanğın baş verdiyi təqdirdə zəruri davranış və hərəkətlərin məşq edilməsi, bu istiqamətdə şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil olunub. Həmçinin FHN-in əməkdaşları tərəfindən Tovuz Regional Meşə Mühafizəsi Mərkəzi əməkdaşlarına yanğın söndürən avadanlıqlardan düzgün istifadə qaydaları izah edilib. Bundan əlavə, meşə ərazisinə istirahət üçün gələn vətəndaşların maarifləndirilməsinin və yanğından mühafizə ilə bağlı ağaclara braşuraların vurulmasının vacibliyi diqqətə çatdırılıb.