Zəfər bayramı Şimali Kipr Türk Cümhuriyyətində də qeyd olunacaq - 30 Avqust

27 Avqust 2021 13:27 (UTC+04:00)

Türk tarixinin ən önəmli zəfərlərindən olan 30 Avqust Zəfərinin 99-cu ildönümü Türkiyə ilə birlikdə Şimali Kipr Türk Cümhuriyyətində də qeyd olunacaq.

SİA xəbər verir ki, bayram tədbirləri çərçivəsində avqustun 30-da paytaxt Lefkoşa və bütün qəsəbələrdə mərasimlər düzənlənəcək.

COVID-19 tədbirləri çərçivəsində bütün mərasim və şənliklər sosial məsafə və maska taxılması qaydalarına əməl etmək məcburi olacaq.