Rusiya məhkəməsi Twitter, Facebook və WhatsApp kimi saytları cərimələyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Təşkilatının Twitter, Facebook və WhatsApp -a qarşı qaldırdığı iddialara Moskvanın Taqanskiy Məhkəməsində baxılıb. Məhkəmə, Rusiyada şəxsi məlumatların qorunması haqqında qanunun pozulması səbəbindən şirkətləri 36 milyon rubl cərimələyib. Rusiya qanunlarına görə, internet şirkətləri istifadəçi məlumatlarını Rusiyada saxlamalıdır.