Ulduz oyunçu komandadan uzaqlaşdırııb

27 Avqust 2021 10:38 (UTC+04:00)

“Mançester Siti” klubu sol cinah müdafiəçisi Benjamin Mendini komandadan kənarlaşdırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna fransız futbolçunun 4 təcavüz və 1 cinsi təcavüzdə ittiham olunması səbəb olub.

Futbolçunun bu ittihamlar üzrə istintaqı yekunlaşana qədər əsas heyətdən kənarlaşdırıldığı diqqətə çatdırılıb. Fransa yığmasının üzvünün bu cinayətləri 2020 oktyabr - 2021 avqust aralığında həyata keçirdiyi bildirilir. “Mançester Siti” futbolçu ilə bağlı yeni qərarın araşdırmanın yekun nəticəsindən asılı olaraq qəbul olunacağını açıqlayıb. Mendi 2017-ci ildən “Mançester Siti”də çıxış edir.

Ziya Hikmətoğlu