"Fiorentina"dan daha bir ulduz transferi

26 Avqust 2021 20:44 (UTC+04:00)

“Real” klubunun futbolçusu Alvaro Odriosola karyerasını İtaliyada davam etdirə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 25 yaşlı müdafiəçi ilə “Fiorentina” klubu yaxından maraqlanır. A Seriyası klubu Odriosolanı icarəyə götürmək üçün “Real”la razılıq əldə edib. “Fiorentina” müdafiəçinin özü ilə danışıqları davam etdirir. Odriosolanın “Real”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Ziya Hikmətoğlu