İtalyan təyyarəsi Əfqanıstanın paytaxtı Kabuldan havaya qalxarkən atəşə tutulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Əfqanıstan vətəndaşlarını daşıyan təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra atəşə tutulub. İtaliya Müdafiə Nazirliyindəki mənbə hadisəni təsdiqləyib. Mənbə hadisədə təyyarəyə ziyan dəymədiyini əlavə edib. Təyyarədə səyahət edən bir italyan jurnalist bildirib ki, təyyarədə təxminən 100 Əfqanıstan vətəndaşı var. Taliban paytaxtı ələ keçirdikdən sonra Kabilə gedən yeganə qapı olan hava limanından hər 45 dəqiqədə bir təyyarə havaya qalxır.