Almaniyada dəhşətli hadisə baş verib. Bu hadisə sosial mediada ən çox paylaşılan son xəbərlər sırasında yer alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, əyləncə sənayesində istifadə edilən vəhşi heyvanların baxım mərkəzinə gedən 36 yaşlı fotomodel Jessica Leidolph fotosessiya üçün qəfəsə girib. Leidolph qəfəsin içərisində şəkil çəkdirərkən iki bəbir tərəfindən hücuma məruz qalıb. Fotomodelin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı araşdırmalar davam edir.